“BakıKart” terminalları hər yerdən götürülür - AÇIQLAMA

06 Aprel 2022 | 12:29
OXUNUB: 622

Ötən ilin sentyabrdan başlayaraq sərnişinlərimizin "BakıKart”ın balansını daha rahat artıra bilməsi üçün müasir texnologiyalara əsaslanan əlavə imkanlar yaradılıb.

Avtosfer.az xəbər evrir ki, bu sözləri açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev "BakıKart” terminallarının yığışdırılması barədə suala cavab olaraq bildirib.

O bildirib ki, hazırda dayanacaqlardan kənarda da "BakıKart”ın balansını artımaq imkanı yaradılıb:

"Əvvəllər sərnişinlərimizin istifadəsində avtobus dayanacaq məntəqələrində 197 "MilliÖn” və 50 ədəd "BakıKart” terminalı mövcud idi. Sentyabrda tətbiq edilən yenilik sayəsində hazırda bütün "MilliÖn” terminalları "BakıKart” ödənişlərini qəbul edir. Birdən birə sərnişinlərimizin ödəniş etmə imkanları əhəmiyyətli dərəcədə yaxşılaşıb, genişlənib. "MilliÖn” terminalları vasitəsilə etdiyiniz digər ödənişlər kimi "BakıKart” balansınızı da artıra bilərsiniz. Nəzərə alsaq ki, Bakı şəhərinin inzibati ərazisində 1400 ədəddən çox "MilliÖn” var, bu, artıq sərnişinlərimiz üçün çox böyük rahatlıq deməkdir. Ona görə bir daha sərnişinlərimizə müraciət edərək bildirmək istərdim ki, "BakıKart”ın balansını artırmaq üçün hansısa avtobus dayanacaq məntəqəsində terminal axtarmağa zərurət yoxdu. Bütün digər ödənişlər kimi bunu marketlərdə, iaşə obyektlərində olan "MilliÖn” terminalları ilə edə bilərlər”, - o qeyd edib. (Axar.az)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man