Şuşada son 30 ildə ilk dəfə yamac paraşütündən uçuş həyata keçirilib - VİDEO

06 Aprel 2022 | 12:18
OXUNUB: 478

“2022-ci il Şuşa İli” çərçivəsində Şuşa şəhərində son 30 ildə ilk dəfə yamac paraşütündən (paraplan) uçuş həyata keçirilib.

Avtosfer.az xəbər verir ki, uçuşun videosunu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov öz “twitter“ hesabında paylaşıb. Uçuş şəhərin ən yüksək nöqtələrindən olan Qızıl Qaya massivindən (Teleqüllə ərazisi) 1400 metr hündürlükdən yerinə yetirilib.

Professional yamac paraşütü pilotu olan Fərid Məmmədov tərəfindən reallaşdırılan uçuş zamanı Şuşa səmasını qələbə rəmzimiz olan Azərbaycan bayrağı bəzəyib.

Qeyd edək ki, dünya paroplan xəritəsində yamac paraşütü üçün Qarabağda yeganə uçuş məkanı Şuşa şəhəri göstərilib.

Uçuş gələcəkdə ekoturizm məkanına çevrilməsi nəzərdə tutulan Daşaltı kəndi istiqamətində baş tutub.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man