BNA əməkdaşları qayda pozdular, kameraya düşməmək üçün nömrəni gizlətdilər - FOTO

Nəqliyyat TV 06 Aprel 2022 | 10:51
OXUNUB: 4005

Bakı Nəqliyyat Agentliyinə məxsus avtomobilin qayda pozuntusunu oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, fotoşəkil paytaxtın Səməd Vurğun küçəsində qeydə alınıb. Paytaxt ərazisində dayanma-durma qaydasını pozanları məsuliyyətə cəlb edən agentlik əməkdaşları, bu dəfə özləri kobud qayda pozuntusu törədiblər. Belə ki, avtomobili dayanma-durma qadağan edilən yol sahəsində ikinci cərgədə park edən əməkdaş, qeydiyyat nişanını gizlətmək məqsədilə yük yerini açıq qoyub.
Bəzən sürücülər onların qayda pozuntusunu videoya çəkərək sosial şəbəkədə paylaşırlar. Bu səbəbdən də nömrənin görünməməsi üçün yük yerini açıq qoyaraq qınaqdan yayınmağa çalışıblar.

Qeyd edək ki, BNA-nın avtomobilləri operativ nəqliyyat vasitələri siyahısında olmadığı üçün, onların qayda pozuntusu məsuliyyət yaradır.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev yayılanların əsassız olduğunu deyib. Onun sözlərinə görə, həmin nəqliyyat vasitəsi ilə əraziyə texniki personal yollanıb: “Yük yerinin açıq olması isə sahədəki avadanlığın götürülməsi ilə bağlıdır. Cərimədən yayınmaq üçün yük yerinin açıq qoyulması ilə bağlı fikirlər tam əsassızdır”.

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man