Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Barlı kənd sakini Fərman Mirişov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Avtosfer.az-a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı evə baxış keçirilən zaman onun qanunsuz olaraq aqrotexniki qaydada əkib yetişdirdiyi xeyli sayda çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.
Bundan əlavə F.Mirişovun evindən narkotik maddə olan marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man