Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Bakı-Füzuli-Bakı istiqamətində müntəzəm marşrutlar üzrə sərnişindaşıma hüququna dair müsabiqə elan edib.
Avtosfer.az xəbər verir ki, iddiaçılar ilkin sənədləri aprelin 20-i, saat 17:00-a qədər, müsabiqə təkliflər toplusunu isə mayın 2-i, saat 17:00-a qədər DANX-ın Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə mayın 12-də qeyd olunan ünvanda baxılacaq.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man