Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zəki Məmmədov küçəsində mebel sexində yanğın olması barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.
22:58
Bakıda güclü yanğın başlayıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. İlkin ehtimala görə, sex kimi fəaliyyət göstərən ərazi yanır. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və azı 10 yanğınsöndürmə avtomobili cəlb olunub. Ehtiyat məqsədilə əraziyə təcili tibbi yardım briqadası da çağırılıb. Hələlik yanğının qarşısını almaq mümkün olmayıb. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man