Şəmkir rayon Əliyaqublu kəndində yanğın zamanı yanaraq dünyasını dəyişən qadının şəxsiyyəti məlum olub.
Avtosfer.az xəbər verir ki, fərdi evdə başvermiş yanğın hadisəsi zamanı dünyasını dəyişən, 1967-ci il təvəllüdlü Cəmilə İsmayıl qızı Məmmədovadır. O, həmin evdə tək yaşayırmış. Qeyd edək ki, hadisə nəticəsində fərdi ev içərisindəki əşyalarla birgə tamam yanıb. Faktla bağlı araşdırmalara başlanılıb.
22:36
Şəmkir rayonunda yanğın hadisəsi olub.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşın və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 100 kvadratmetr olan, bir mərtəbəli ev içərisindəki əşyalarla birgə tamam yanıb. Hadisə yerinə baxış zamanı yanmış qadın meyiti aşkarlanıb. Faktla bağlı araşdırmalara başlanılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man