Nazirlikdən kombilərin məhdudlaşdırılması ilə bağlı ÇAĞIRIŞ

Gündəm 05 Aprel 2022 | 18:52
OXUNUB: 714

“Yeni yaşayış binalarında fərdi istilik sistemlərindən istifadə ətraf mühitin çirklənməsinə səbəb olur”.

Avtosfer.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov bildirib.  Onun sözlərinə görə, kombilərdən istifadə əlavə yanacağın sərfi baxımından ekoloji problemlərin əmələ gəlməsinə səbəb olur: “Binalarda mərkəzləşdirilmiş istilik sistemləri olmalıdır və bu da ərazi üzrə düzgün paylanmalıdır. Bununla da istilik sistemi qurulmalıdır”. M.Qənbərov qeyd edib ki, binalar istilik enerjisi ilə lazımi səviyyədə tənzimlənməlidir: “Hesab edirəm ki, biz verdiyimiz rəylərdə bu məsələyə diqqətlə yanaşmalı, aidiyyəti qurumlarla məsləhətləşməliyik. Binaların mərkəzləşdirilmiş istilik sistemi ilə idarə olunması ekoloji və sosial-iqtisadi baxımdan daha məqsədəuyğundur”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man