Bu gün 95-ci briqadanın Ukrayna hərbçiləri Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında düşmənə məxsus Ka-52 helikopterini Ukrayna istehsalı olan “Stuqna” raketi ilə vurublar.
Avtosfer.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko məlumat yayıb:
"Bu kadrlara baxın! Dişlərinə qədər silahlanmış ən müasir rus helikopteri bizim oğlanları öldürmək üçün uçdu və nəticədə dağıntı qalaqlarına çevrildi", - məlumatda deyilir.
Geraşenko həmçinin əlavə edib ki, zərbə nəticəsində iki rusiyalı pilot həlak olub.
"Unikal"
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man