"Formula 1" üzrə Azərbaycan Qran-prisi yayımlanmaya bilər

05 Aprel 2022 | 15:38
OXUNUB: 492

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ölkə ərazisində yayımlanmaya bilər.

Avtosfer.az-ın məlumatına görə, yeni mövsümün ilk iki Qran-prisi arxada qalsa da, nə Bəhreyn, nə də Səudiyyə Ərəbistanı mərhələləri ekranlara gətirilib.

Ötən illərdə bu yarış "İdman TV"də göstərilirdisə, bu mövsümdən heç bir telekanal "Formula 1"i yayımlamır. Üstəlik, yarışın Rusiya telekanalları vasitəsilə nümayişi qonşu ölkənin Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qadağan edilib.

Nəticədə Azərbaycanda "Formula 1"i kabel televiziyası vasitəsilə də izləmək mümkünsüzləşib.

"İdman TV"nin direktoru Rövşən Binnətli "Report"a açıqlamasında cari mövsümün yayımlarını hələ gerçəkləşdirə bilmədiklərini söyləyib: "Hazırda əlaqədar qurumların hamısı ilə danışıqlar davam edir və bu səbəbdən, dəqiq bir söz deyə bilməyəcəyəm. Ancaq bu istiqamətdə ciddi işlər görülür. Ötən günlərdə məsələyə tam aydınlıq gələcək. Mövsümün növbəti mərhələlərini, o cümlədən, Azərbaycan Qran-prisini yayımlamaq üçün müvafiq işlər görürük. Yaxın zamanlarda hər şey dəqiq bilinəcək".

Qeyd edək ki, cari mövsüm Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək.

"Report"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man