Bakıda hər kəsi təəccübləndirmək istəyən "Niva" sürücüsü cərimələnib. Avtosfer.az xəbər verir ki, 99-MZ-098 qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü martın 30-da, paytaxtın Gülarə Qədirbəyova küçəsində maşından bayıra çıxaraq oynamağa başlayıb və sonra, dinlədiyi musiqini ətrafdakı insanlara nümayiş etdirmək üçün avtomobilin yük yerini açıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, həmin sürücü müəyyən edilərək barəsində tədbir görülüb. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirir ki, sürücü Ruslan Məmmədov törətdiyi xətaya uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə məsuliyyətə cəlb edilib.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man