AZAL İtaliyaya uçuşları bərpa edir

05 Aprel 2022 | 15:18
OXUNUB: 564

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan İtaliyanın Milan şəhərinə uçuşları bərpa edir.

Bu barədə Avtosfer.az-a AZAL-dan bildirilib.

Məlumata görə, xüsusi aviareyslər mayın 21-dən, hər həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək. Aviabiletləri azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.

Reyslərə yalnız qeyd olunan daşınma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

İtaliyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc edilib: //www.azal.az/az/information/covid-italy

Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: //www.azal.az/az/information/covid-azerbaijan.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man