Azərbaycanda avtoparkın yenilənməsinə mane olan SƏBƏBLƏR

Nəqliyyat xəbərləri 05 Aprel 2022 | 13:29
OXUNUB: 1268

Ölkənin minik avtomobil parkının vəziyyəti bu gün ciddi müzakirələrə səbəb olur. Ölkə avtoparkının 77%-inin yaşı 10 ildən yuxarıdır.

Ümumi mənzərə onu göstərir ki, 100 mindən artıq avtomobilin yaşı 40 il və daha yuxarı, 125 mindən artıq yaşı 30-dan yuxarı, 300 mindən artıq yaşı 20-dən yuxarı müxtəlif növ avtomobil var ki, bu da ölkə avtoparkında toplam olaraq 500 mindən çox istismarı təhlükəli və ekologiyaya zərərli avtomobil olduğunu göstrərir.

Bəs yeni avtomobillər gəlməsi və yenilənməsinə nə mane olur?

Bizim.Media-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edir ki, Yaşı 20-dən çox avtomobillərin sayı da 60 faizə yaxındır.

Təbii ki, avtoparkın yenilənməsinə mane olan birinci dərəcəli amil gömrük rüsumlarıdır. Gömrük rüsumlarının həddindən artıq yüksək olması avtoparkın yenilənməsinin qarşısını kəsən ən önəmli faktordur.

Ekspertin sözlərinə görə, bu ildən etibarən hibrid və elektriklə işləyən avtomobillərə bir sıra güzəştlər tətbiq olunub,amma bu yetərli deyil:

“Çünki istehsal ili 3 ilə məhdudlaşdırıldı. Yəni yeni avtomobillərin, hibrid və elektrik avtomobillərinin təzələrinin gətirilməsinə müəyyən güzəştlər tətbiq olundu. Burada isə heç bir məntiq yoxdur. Elektrik avtomobilin fərqi nədir ki, 3 il bundan əvvəl buraxılıb, ya 5 il? Əgər bu avtomobil elektriklə işləyirsə, ekologiyaya ziyan vurmur. Ona görə, il məhdudiyyətləri qoyulması absurddur. Gömrük rüsumları ilə bağlı normallaşma baş verərsə, ölkənin avtoparkı da yenilənər”.

Ekspert fikirləşir ki, gömrük rüsumlarının tənzimlənməsi təhlükəsizliyə də təsir edəcək:

“Gömrük rüsumlarının normallaşması, həmçinin təhlükəsizliyi də artırar. Yeni avtomobillər vətəndaşlar üçün daha təhlükəsizdir, qəzalar zamanı vətəndaşların qorunmasına xidmət edir, eyni zmaanda ekolji baxımdan da daha yaxşı nəticələr verər”.
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man