“Hraparak”:Bakı və Ankara Naxçıvanı Zəngəzur dəhlizi ilə Azərbaycana birləşdirməyi tələb edir

05 Aprel 2022 | 13:18
OXUNUB: 535

Məlum olduğu kimi, Ermənistan hakimiyyətinin həm daxili auditoriyaya, həm beynəlxalq ictimaiyyətə, həm də rəqib dövlətlərə ünvanlanmış ən açıq təbliğat tezislərindən biri qondarma “erməni kəsişməsi” yaratmaq, yəni Şərq və Qərbdən kommunikasiya və infrastrukturların bloklanması halında regional logistik mərkəz olmaqla bağlı perspektiv haqqındadır. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edir ki, bu prosesin əsl faydalananları Türkiyə və Azərbaycandır, lakin bunu nailiyyət və rəqibin güzəşti kimi təqdim etməyə cəhd edirlər.

“Əvvəla, Ermənistana gətirilən, sonra üçüncü ölkələrə daşınan yüklərin həcmi çox kiçikdir. Bu gün Bakı və Ankara Naxçıvanı nəyin bahasına olursa-olsun, onların təbirincə desək, Zəngəzur dəhlizi ilə Azərbaycana birləşdirməyi tələb edir, Ermənistan tərəfi isə Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun öz hissəsinin tikintisinə başlamaqdan danışır. Digər maraqlı məqam ondan ibarətdir ki, azərbaycanlıların mülki və hərbi kortejləri nəinki Qarabağın erməni nəzarətində olan hissəsindən sərbəst şəkildə hərəkət edir, həm də qonşu icmaların sakinlərini qorxutmağa nail olur. Əvəzində Basarkeçər-Ağdərə magistral yolu bizim üçün ikitərəfli şəkildə bağlandı. Əgər erməni tərəfi prinsipial və ləyaqətli olsaydı, blokadanın açılmasının ilk növbədə Bakıya sərfəli olduğunu yaxşı bilərək Azərbaycanla danışıqlarda sadəcə hücuma keçərdi. Lakin bütün digər məsələlərdə olduğu kimi, rəsmi İrəvan bu məsələdə də ciddi sükutunu qoruyur”, - deyə nəşr qeyd edib.
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man