ABŞ gizli şəkildə hipersəs raketini sınaqdan keçirib

05 Aprel 2022 | 17:14
OXUNUB: 810

 

ABŞ Rusiya ilə münasibətlərdə artan gərginliyin qarşısını almaq üçün mart ayının ortalarında gizli şəkildə hipersəs raketini sınaqdan keçirib. Bu barədə CNN Pentaqondakı mənbəyə istinadən məlumat verib.  

Məlumata görə, söhbət ABŞ Müdafiə Nazirliyinin “Hipersəsli hava-reaktiv silah konsepsiyası” (Hypersonic Air-breathing Weapon Concept, HAWC) çərçivəsində hazırlanan hipersəs raketindən gedir.

Raket Sakit okean üzərində “B-52” strateji bombardmançı təyyarədən buraxılıb. O, 19 min metrdən çox yüksəklikdə 480 kilometrdən çox məsafəni səs sürətini ən azı beş dəfə üstələyən maksimum sürətlə qət edib. Telekanalın vurğuladığına görə, bu, HAWC proqramı çərçivəsində hipersəs silahının ikinci uğurlu sınağıdır, birincisi isə 2021-ci ilin sentyabrında baş tutmuşdu.

CNN-nin diqqət çəkdiyi məqamlardan biri raket sınağı zamanı ABŞ Prezidenti Co Baydenin NATO-nun fövqəladə sammitində və “Yeddilik” qrupunun toplantısında iştirak etmək üçün Avropaya səfər etməyə hazırlaşması olub.

"Birləşmiş Ştatlar Vaşinqton və Moskva arasında əsassız gərginliyə səbəb ola biləcək addımlara və ya bəyanatlara imkan verməmək üçün ehtiyatlı davranır", – deyə telekanal vurğulayıb.

oxu.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man