Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda ölkəmizdən tranzit keçməklə, İrandan Gürcüstana “qurudulmuş süd” yükü aparan, həmin ölkə vətəndaşının idarə etdiyi "Scania" markalı yük avtomobilil gömrük nəzarəti zamanı saxlanılıb.
Avtosfer.az-ın komitəyə istinadən verdiyi məlumata görə, şəxsi yoxlama zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərindən şəffaf selofanda bir ədəd bükümdə gömrük nəzarətinə bəyan edilməyən, “M40” nişanəsi olan 3 ədəd metadon adlı həb aşkar edilib.
Qeyd edək ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin"in II Siyahısına daxildir və 3 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man