Son zamanlar bir neçə sürücü, əvvəlki çipi olmayan qeydiyyat nişanlarına görə yol polisi tərəfindən saxlanıldığını bildirir. Avtosfer.az-a edilən müraciətlərin birində sürücü qeyd edib ki, Quba rayonunun Zərdabi qəsəbəsində hərəkətdə olarkən onu yol polisi əməkdaşı saxlayaraq qeydiyyat nişanında çipin olmadığını bildirib. Lakin sonra sürücünü sərbəst buraxıb.
Əvvəlki çipsiz qeydiyyat nişanlarına görə sürücü cərimələnə bilərmi?
Qeyd edək ki, qeydiyyat nişanlarının standartında çipin vacib olması göstərilməyib. Yeni qeydiyyat nişanlarında ölkənin adını bildirən AZ hərfləri çipin üzərində yazıldığı üçün, həmin çip yerindən qoparsa o zaman yol polisi əməkdaşı sürücünü cərimələyə bilər. Lakin əvvəlki qeydiyyat nişanlarındakı çipin olmamasına görə sürücü məsuliyyətə cəlb edilə bilməz və nömrənin yenisi ilə əvəz olunması tələb edilə bilməz.
Nərminə Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man