"Rusiya geri çəkilməyəcək, 50 min əsgər itirməyi gözə alıb" - Britaniya kəşfiyyatı

28 Fevral 2022 | 11:02
OXUNUB: 652
Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı işğal cəhdində 50 min əsgərini gözdən çıxardığı iddia edilib.

Sfera.az bildirir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb. Sənədə əsasən, artıq Rusiya 3000-ə yaxın əsgər itirib. Qeyd edilib ki, Rusiya Səhiyyə Nazirliyinə "təcili tibbi yardım”a hazır olmaq göstərişi verilib. Sözügedən göstəriş Moskvanın hazırkı müharibədə çoxlu sayda əsgər itirməyə hazırlaşdığı və hücumlarını artırmağı planlaşdırdığı kimi şərh edilib.

ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi də Moskvanın gözlənildiyindən daha çox müqavimətlə üzləşdiyini, Rusiya qüvvələrinin hədsiz üstünlüyünə baxmayaraq, düşündüyü irəliləyişə nail ola bilmədiyini və sürətini bir qədər itirdiyini söyləyib. İşğal cəhdinin beşinci günündə müharibənin Rusiya üçün baha başa gəldiyi, cəbhədə Ukrayna ordusunun ciddi müqaviməti ilə üzləşən və qısa zamanda çoxlu itkilər verən Moskvanın çətinliyə düşdüyü bildirilib.  

Digər tərəfdən, İngiltərə Xarici İşlər naziri Liz Truss Rusiyanın Ukraynaya hücumlarının uzana biləcəyini deyərək, "Bu, bir neçə il ola bilər. Bilirik ki, Rusiyanın qüvvələri var, amma ukraynalılar cəsur və öz ölkələrini qorumaq əzmindədirlər".

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man