''Vətən müharibəsindən sonra məzar yerlərinin axtarışı və ekskumasiyası dövlət komissiyası qarşısında əsas vəzifə kimi qoyulub''. Bunu bu gün keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının katibi İsmayıl Axundov deyib. Onun sozlərinə gorə itkin düşmüş şəxslər üzrə beynəlxalq komissiya ilə bir sıra məsləhətləşmələr aparılıb. Və buna uyğun olaraq, bugün tərəflər arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
''İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın beynəlxalq səviyyədə böyük təcrübəsi var''. Bunu jurnalistlərə açıqlamasında əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib. O qeyd edib ki, Beynəlxalq Komissiyada yüksək səviyyəli mütəxəssislər fəaliyyət göstərir. Komissiya ilə əməkdaşlıqdan danışan İsmayıl Axundov bildirib ki, I Qarabağ müharibəsi dövründə itkin düşən şəxslərin axtarışları, ekskumasiyası və eyniləşdirilməsi ilə bağlı bu təşkilatdan yardım alınacaq. O, həmçinin vətən müharibəsində itkin düşən 6 nəfərin tapılması və axtarışı üçün də bu komissiyaya müraciət olunduğunu qeyd edib. İsmayıl Axundovun sözlərinə görə, Dövlət Komissiyasında I Qarabağ müharibəsində itkin düşən şəxslərlə bağlı məlumat bazası var. O həmin şəxslərin hansı ərazilərdə basdırılması barədə əsir və girovluqdan qayıdan şəxslərin ifadələri əsasında məlumat toplandığını bildirib. İsmayıl Axundov Xocalı rayonunun Fərrux kəndində tapılan meyit qalıqlardan da danışıb. İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru Katrin Bomberger bu istiqamətdə Azərbaycana yardım edəcəklərini bildirib. Katrin Bomberger qeyd edib ki, rəhbərlik etdiyi komissiya Qərbi Balkanlarda genişmiqyaslı fəaliyyət göstərib və itkin düşmüş hesab olunan minlərlə insanın taleyini müəyyən edərək onların ailəsinə məlumat verilməsində öz rolunu oynayıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man