Ukrayna ordusu bir şəhəri geri aldı, biri itirildi

28 Fevral 2022 | 09:00
OXUNUB: 1722
"Ukrayna silahlı qüvvələri gün ərzində yaşayış məntəqəsini zəbt etməyə cəhd edən rus qoşunlarını Donetsk vilayətinin Volnovaxa şəhərindən çıxarıb. Mariupol şəhəri müdafiəni davam etdirir, Zaporojye vilayətində Berdyansk müvəqqəti olaraq düşmənin nəzarətinə keçib”.

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç keçirdiyi brifinqdə bildirib.

"Düşmən bu gün (dünən-red) Volnovaxanı işğal edib, səylərini əsas zərbənin endirilən yerində cəmləyib, lakin Ukrayna Silahlı Qüvvələrinin əks-həmləsi sayəsində Volnovaxa geri alınıb. Və bizim qoşunlarımız indi oradadır. Onlar Volnovaxanın cənubunda problemləri lokallaşdırırlar. Mariupol tab gətirir, problem yoxdur", - o deyib.

O, həmçinin Zaporojye vilayətinin Berdyansk şəhərinin Rusiyanın nəzarətinə keçməsi ilə bağlı vəziyyəti izah ediblər.

"Berdyansk düşmən tərəfindən işğal olunub, orada bizim qoşunlarımız yox idi. Şəhəri Melitopoldan Mariupola doğru hərəkət edən silahlı qruplaşma ələ keçirib. İndi oradadırlar".
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man