Gecə klubunda baş verən partlayış zamanı yaralananlarla bağlı YENİ XƏBƏR - VİDEO

Gündəm 04 Aprel 2022 | 20:20
OXUNUB: 995

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Hazırda reanimasiyada olan 7 nəfərdən 3-nün  vəziyyəti kritikdir. Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. 

Ötən gün Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlar barədə 3 dövlət qurumu məlumat yaydı. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin  yaydığı məlumata görə, partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Hazırda xəstəxanalarda hadisə nəticəsində xəsarət alan 16 nəfər var. Onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir.  Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov isə jurnalistlərə açıqlamasında bildirib ki, hadisədən sonra Mərkəzə 14 nəfər gətirilib. Onlar əsasən 2 və 3-cü dərəcəli yanıq xəsarəti alan və bəzilərində müştərək travmalar olan şəxslərdir. Artıq 5 nəfər ambulator müalicəsini davam etdirmək üçün evə yola salınıb. Fazil Alməmmədov qeyd etdi ki, reanimasiyada 3 kritik xəstədən başqa 4 xəstə də var ki, onların da vəziyyəti ağırdır. Dövlət qurumlarının məlumatına görə, ümumilikdə tibb mütəxəssisləri yaralıların ailələri ilə mütəmadi əlaqə saxlayaraq onları yaxınlarının sağlamlıq durumu barədə məlumatlandırır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man