Azərbaycanda dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin, o cümlədən hüquq mühafizə orqanları əməkdaşlarının, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin işçilərinin, habelə hakimlərin sosial təminatının yaxşılaşdırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması fəaliyyətinin gücləndirilməsi məqsədilə həmin şəxslərin əməkhaqlarının mərhələlərlə artırılması üzrə tədbirlər davam etdiriləcək, bununla bağlı təkliflər hazırlanacaq.
Bu barədə məsələlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında əksini tapıb. Sənədə əsasən, məsələnin əsas icraçısı Nazirlər Kabineti, digər icraçıları Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyidir. Habelə, bu məsələnin icrası ilə bağlı Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Ali Məhkəmə, Baş Prokurorluğa da tövsiyə verilib. Qeyd edilən müddəanın icra müddət 2022-2026-cı illərdir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man