Futuristik "Mercedes-Benz EQXX" konsepti seriyaya gedə bilər

04 Aprel 2022 | 16:58
OXUNUB: 917

Daimler AG konserninin aerodinamika, batareya texnologiyası və kompozit materialları sahəsindəki potensialını nümayiş etdirmək üçün nəzərdə tutulmuş Mercedes-Benz Vision EQXX prototipi 2022-ci ilin yanvarında debüt edib.

Alman avtomobil istehsalçısı təqdimat zamanı bu konseptin seriya perspektivləri barədə məlumat verməsə də, indi Vision EQXX prototipinin seriyaya gedəcəyi barədə məlumatlar peyda olub. Doğrudur, konsept tam şəkildə deyil, onda tətbiqini tapmış bəzi texniki həllər seriyaya gedəcəkdir.

Parlaq konsept avtomobili cəmi 18 ay ərzində hazırlanıb ki, bu da avtomobil sənayesinin standartlarına görə çox qısa müddətdir. Hələlik aerodinamik Mercedes-Benz elektromobilinin ictimaiyyətə nümayiş olunduğu formada seriya perspektivlərindən söhbət getmir.

Lakin fərdi həllər alman brendinin gələcək yeni modellərinə köçürüləcəkdir. Move Electric nəşrinə müsahibə verən Mercedes-Benz nümayəndəsi “Vision EQXX proqramından olan bir çox yenilikləri tezliklə seriya avtomobillərinə yol tapacağını” təsdiqləyib.

Söhbət təkcə spesifik komponentlər və texnologiyalardan deyil, həm də avtomobillərin hazırlanmasında, eləcə də ümumilikdə yeni Mercedes-Benz modellərinin yaradılmasına yanaşmada istifadə olunan proqram təminatı və rəqəmsal alətlərdən gedir.

Eyni zamanda, Mercedes-Benz şirkətinin rəhbəri Markus Şefer və brendin baş dizayneri Qordon Vagener həm texnologiya, həm də dizayn cəhətdən müəyyən dəyişikliklər ilə Mercedes-Benz Vision EQXX konsept avtomobilinin seriya elektrmobilinə çevriləcəyinə eyham vurublar. Bu elektrokarın təqdimatının 2024-cü ildə baş tutacağı gözlənilir.

autograph.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man