Dünyanın elektriklə işləyən ən böyük kruiz layneri - “Yantszı çayı Üç Dərə-1” ilk reysini başa vurub.
Avtosfer.az xəbər verir ki, Çinin İçan şəhərində ilk səfərini edən layner tam elektriklə işləyir. Yantszı çayında turizm səfərlərində istifadə üçün inşa edilən laynerin uzunluğu 100 metr, eni 16,2 metrdir. 1600 sərnişin tutumu olan laynerin akkumulyatorunun gücü 7500 kilovat/saatdır. Həmin enerji ilə 100 kilometr məsafə qət edə bilən layner ildə 530 ton yanacağa qənaət etməyə, habelə karbon emissiyasını 1660 ton azaltmağa imkan verəcək.
Sponsorları Çinin Sənaye və İnformasiya, Nəqliyyat nazirlikləri olan laynerin hazırlanmasına 150 milyon yuan (23,5 milyon ABŞ dolları) sərf olunub.
Qeyd edək ki, bu cür layihələr Çinin karbon emissiyasını 2060-cı ilədək tam azaltmaq hədəfinə çatmaqda əhəmiyyətli rol oynayacaq.
AZƏRTAC
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man