Bu avtomobillər yaxın gələcəkdə Bakı nəqliyyatını tam iflic edəcək

Nəqliyyat xəbərləri 04 Aprel 2022 | 20:10
OXUNUB: 1038

"Minik avtomobilləri sahəsində Bakı şəhərində vəziyyət kritik hal alır”.

Avtosfer.az xəbər verir ki, bunu iqtisadçı ekspert İlham Əzizov deyib. Ekspert təkcə yanvar-fevral aylarında ölkəyə 95 milyon dollarlıq minik avtomobili idxal olunduğunu bildirib:

"Bu rəqəm illik 600 milyon dollar civarındadır. Bu, təxminən ildə 100 minə yaxın minik avtomobili edir. Və idxal edilən minik avtomobillərinin əsas qisminin Bakıda istismara, satışa getdiyini nəzərə alsaq, mənzərə tam aydın olacaq. Bir də onu yaddan çıxarmayaq ki, Bakı yarımadada yerləşir. Bu artım yaxın gələcəkdə Bakı nəqliyyatını tam iflic edəcək. Birmənalı olaraq tədbir görülməsə, şəhər bu artımı həzm edə bilməz”.

Əhalinin vəziyyətinin heç də yaxşı olmadığı dövrdə bu qədər minik avtomobili niyə idxal olur, bunun səbəbi nədir?

Ekspertin fikirincə, bunun əsas səbəbi kiçik biznes sahələrinin çökməsidir:

"Həmin sahələrdən artıq qazanc götürməyən kiçik sahibkarlar taksi biznesinə üz qoyublar. Hərə 15-20-30 kiçik kalibrli avtomobilləri gətirib gündəlik icarəyə verir. İqtisadiyyat qanunları amansızdır. Bu sahədə təklifin artdığına görə qiymətlərin necə aşağı olmasını hiss edirsizmi? Artıq taksi şəxsi avtomobildən daha sərfəlidir. Amma vaxt var idi taksiyə minmək varlılıq əlaməti sayılrdı.

Problemin bir tərəfi də odur ki, rayondan yeni sürücü vəsiqəsi almış, evsiz gənclər həmin taksi şirkətlərində, demək olar ki, gecə-gündüz çalışırlar. Bu, həm də təhlükəsizlik məsələsidir. İndi gecələr taksi sürücüləri işıqforlarda yatır, yarıyuxulu avtomobil idarə edirlər”.

İlham Əzizov hesab edir ki, digər problem həmin gənclərin rayonlardan axınıdır:

"Axı gənclər orada da lazımdır. Təsərrüfatlarda işçi qıtlığı yaranır. Bakıda həm demoqrafik vəziyyət, həm də nəqliyyatın idarə edilməsi böyük problemə çevrilir. Nə qədər ki, kiçik biznes sahələri çökəcək, orta təbəqə zəifləyəcək, belə surroqat sahələr ortaya çıxıb problemə dönəcək”.

Qaynarinfo

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man