Baş Dövlət Yol Polisi İdarəsindən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

İctimai nəqliyyat 04 Aprel 2022 | 15:14
OXUNUB: 643

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində müşahidə olunun küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. Bu barədə Avtosfer.az-a BDYPİ-dən bildirilib. DYP müraciətdə hərəkət iştirakçılarını həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək xoşagəlməz halların qarşısının alınması üçün ehtiyatlı və diqqətli olmağa çağırıb. Qeyd olunub ki, Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 15-ci, eləcə də Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 25-100-cü kilometrliklərində küləyin şiddətinin daha çox olması müşahidə edilir. Bununla əlaqədar ərazidə xidmət aparan BDYPİ YPXA-nın əməkdaşları tərəfindən hərəkətdə olan nəqliyyat vasitələrinin, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür: “Mövcud hava şəraitini nəzərə alaraq bir daha hərəkət iştirakçılarına, xüsusilə yük avtomobillərinin sahibləri və sürücülərinə müraciət edərək onlara küləkli havada hərəkətin çətin və təhlükəli olduğunu unutmamağı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməyi, görmə məsafəsi məhdudlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməyi, açıq ərazilərdə sürəti azaltmağı, qəfil manevr və ya kəskin tormazlama etməməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı tövsiyə edirik. Nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir. Küləkli hava şəraitində bütün hərəkət iştirakçıları, o cümlədən piyadalar daha da ehtiyatlı olmalı, zərurət olmadıqca açıq havada hərəkət etməkdən çəkinməli, ictimai nəqliyyatdan istifadə etməlidirlər”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man