Bakı-Ələt yolunda qaydaları kobud şəkildə pozan yük avtomobili sürücülərinin hərəkətini oxuculardan biri qeydə alaraq redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, 77-BE-533 qeydiyyat nişanlı və 90-NY-533 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillərin sürücüləri üzü şəhər istiqamətində iki zolağı zəbt edərək yolboyu yanaşı hərəkət ediblər və digər sürücülərin onları narahat etməməsi üçün qəza işıq siqnallarını qoşulu qoyublar. Onların bu hərəkətinə görə yolda olan digər sürücülər çətinliklə üzləşiblər.
Qeyd edək ki, videogörüntü aprelin 4-də, Bakı-Ələt yolunun 15-ci kilometrində qeydə alınıb.
Şəfa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man