Yaralı giziri xilas etmək üçün özünü qurban verən Samid İmanov - FOTO

04 Aprel 2022 | 12:53
OXUNUB: 359

Bu gün Aprel döyüşlərinin iştirakçısı olmuş Milli Qəhrəman, Xüsusi Təyinatlı Qüvvələrin mayoru Samid İmanovun şəhadət günüdür.

Avtosfer.az xəbər verir ki, mayor İmanov Samid Gülağa oğlu 1981-ci ildə Neftçala rayonunun Sovetabad qəsəbəsində anadan olub.

1998-ci ildə Neftçala rayonunun 1 saylı orta məktəbini bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olub. 2003-ci ildə Ali Hərbi Məktəbi fərqlənmə diplomu ilə bitirib.

Samid İmanov Türkiyə Cümhuriyyətində “Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası”, “Komando təlimi və paraşütdən sərbəst atlanmaq” kurslarında, habelə “Anadolu Qartalı - 2007” birgə taktiki təlimləri ilə yanaşı həm də Pakistanda “Ləpirçi və antiterrorist”, İsveçrədə “Dağ təlimi”, Rumıniyada isə “Dağa dırmanma üzrə təlimatçı” kurslarında iştirak edib.

Samid İmanov göstərdiyi qəhrəmanlıqlara görə kursant vaxtı mərhum Prezident Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyev tərəfindən iki dəfə qəbul edilib və ona qiymətli saat bağışlanıb.

O, 2004-cü ilin iyun ayından xüsusi təyinatlı hərbi hissədə qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, S.İmanov xidməti müddətində 6 medalla təltif olunan az saylı hərbçilərdən olub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bir müddət mühafizə xidmətinin rəisi olub, daha sonra öz istəyilə yenidən xüsusi təyinatlı hərbi hissəyə qayıdıb, hərbi hissənin qərargah rəisi və xüsusi təyinatlı qoşun komandanının köməkçisi vəzifəsini icra edib. 2014-ci il avqust ayında ermənilərin təxribatının qarşısını almaq üçün Samid İmanovun dəstəsi əməliyyat keçirib və 20-yə yaxın ermənini məhv edərək geriyə qayıdıb.

2016-ci ilin aprelin 3-dən 4-nə keçən gecə Milli Qəhrəmanın son döyüşü olub. Tərtərin Talış kəndi ətrafındakı atışmada yaralanan cəsur komandir əsgərlərinin onu döyüş meydanından çıxarmasına etiraz edib, yaralı gizirinin xilas edilməsi əmrini verib. Əsgərlərinin etirazına baxmayaraq, əmrin icra edilməsi üçün qəti göstəriş verib. Ərazidən uzaqlaşan qrup qısa zamanda təhlükəli olmasına baxmayaraq, yenidən qayıdıb, amma komandiri yerində tapa bilməyiblər.

Samid İmanov əsgərləri ərazidən uzaqlaşandan sonra ələ keçməmək üçün oradan aralanıb, lakin aldığı yaralardan qanaxma nəticəsində dünyasını dəyişib.

Milli Qəhrəman 9 aprel 2016-cı ildə anadan olduğu Neftçala şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Onun 1 qızı və 1 oğlu yadigar qalıb.

Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənov tərəfindən mayor Samid İmanovun ölümündən sonra layiq görüldüyü “Qızıl ulduz” medalı mayorun atası Gülağa İmanova təqdim edilib.

Oxu.Az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man