2025-ci ildə Bolqarıstan Hərbi Hava Qüvvələrinə "Lockheed Martin" şirkətinin 8 ədəd "F-16 Fighting Falcon Block 70" qırıcısı veriləcək.
Avtosfer.az-ın məlumatına görə, bunu Bolqarıstanın müdafiə naziri Draqomir Zakov "bTV" telekanalına müsahibəsində deyib.
"Biz ABŞ-dan ilk təyyarələri 2025-ci ilin əvvəlində, qalanını isə ilin sonuna qədər almalıyıq. Koronavirus səbəbiylə təyyarələrin tədarükündə problemləri yarandı. Kompensasiya yalnız müqavilənin yerinə yetirilməməsi halında verilir, lakin bu halda söhbət fors-major vəziyyətindən gedir", - deyə müdafiə naziri bildirib.
Trend
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man