Göyçayda “E-manat”dan 32 000 manat oğurlanıb - FOTO

04 Aprel 2022 | 10:09
OXUNUB: 590

Göyçay şəhərində “E-manat” terminalından 32 000 manat oğurlanıb.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, gecə saatlarında obyektə daxil olan naməlum şəxslər orada quraşdırılan “E-manat” ödəmə terminalının kassasını sındıraraq içərisində olan 32 000 manat pulu, eləcə də mağazadakı tütün məmulatlarını və pulu oğurlayaraq hadisə yerindən yayınıblar.

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən şəxslər, rayon sakinləri - Nizam Nuruyev, Süleyman Nuriyev və Kamran Hüseynli tutularaq istintaqa təqdim ediliblər.

Saxlanılan şəxslər əməllərini etiraf edib və oğurladıqları pulun müəyyən hissəsi onlardan maddi sübut kimi götürülüb.

Araşdırma zamanı məlum olub ki, oğurluğu əvvəlcədən planlaşdıran gənclər niyyətlərini həyata keçirdikdən sonra əldə etdikləri pulu öz aralarında bölüblər və daha sonra birlikdə Bakı şəhərinə gedərək orada özlərinə ev kirayələyiblər. Onlar əldə etdikləri pulun bir hissəsini paytaxtda əyləncələrinə xərcləyiblər, həmçinin saxlanılanlardan Nizam Nuruyev ona düşən pulun 4 min manatına özünə motosiklet də alıb.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man