Ağsu aşırımında yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində hərəkətdə olan “Mercedes” markalı minik avtomobili bu gün axşam saatlarında idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb.Ağaca çırpılan avtomobil zərbənin təsiri nəticəsində yaranan qısa qapanma zamanı yanmağa başlayıb.
Sürücü avtomobilin yoldan çıxdığı an özünü aşağı atıb, yüngül xəsarət alıb.
Hadisə yerinə Ağsu rayon təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşları və Ağsu Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Avtomobil tamamilə yanaraq yararsız hala düşüb.
Yanğınsöndürənlər alovu tam söndürüb və meşə zolağına keçməsinin qarşısını alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man