ABŞ-da yeni atom sualtı qayığı istismara verilib

Yeniliklər 03 Aprel 2022 | 11:56
OXUNUB: 1545

ABŞ prezidenti Co Bayden "Virciniya" sinifli yeni "USS Delaware" nüvə sualtı qayığının istismara verilməsi mərasimində iştirak edib.

Avtosfer.az Trend-ə istinadən bildirir ki, Bayden sualtı qayığın inşasındaiştirakı olanlara təşəkkür edib. Məlumata görə, sualtı qayıq torpedalarla təchiz olunub və "Tomahawk" qanadlı raketlərini buraxmaq üçün konfiqurasiya edilib. Okeanda və sahildə geniş spektrli tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulan sualtı qayıq ABŞ-ın Delaver ştatının adını daşıyan HDQ-nin yeddinci qayığıdır.

Onun tikintisinə 2013-cü ildə başlanılıb. Gəmi "Seawolf" sinifli hücum sualtı qayıqlarına daha ucuz alternativ kimi nəzərdə tutulub və köhnə "Los-Anceles" sinifli qayıqları əvəz edəcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man