FHN Bakı şəhərinin mərkəzindəki gecə klubundakı partlayışla bağlı məlumat yayıb.
Avtosfer.az-ın xəbərinə görə məlumatda deyilir: “3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal ərziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən gecə klubu kimi fəaliyyət göstərən obyektdə yanğınla nəticələnən partlayışın baş verdiyi və obyekt daxilində uçqun baş verdiyi müəyyən olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilməyərək qısa müddətdə söndürülüb. Hazırda obyekt daxilində axtarış-xilasetmə tədbirləri davam etdirilir. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir. İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və xəsarət alanlar var”.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man