Manaf Ağayevin avtomobili qanunsuz saxlanılır? - DİN-dən REAKSİYA - FOTO

İctimai nəqliyyat 02 Aprel 2022 | 13:05
OXUNUB: 2081

Daxili İşlər Nazirliyi Manaf Ağayevə məxsus “Mercedes” markalı avtomobilin qanunsuz olaraq cərimə meydançasında saxlanılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. 

Nazirliyin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, vəkil Adəm Məmmədovun iddiaları əsassızdır:

“Adəm Məmmədovun iddiaları həqiqəti əks etdirmir. Avtomobil Manaf Ağayevin barəsində tətbiq olunmuş inzibati tənbeh tədbiri ödənildikdən dərhal sonra müğənniyə təhvil verilib”.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli isə bildirib ki, heç kimin avtomobili özbaşına saxlanıla bilməz:

“Qanuna əsasən, İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsas gətirilmədən heç kimin maşını alınıb, saxlanıla bilməz. Hər halda Manaf Ağayev özü daha yaxşı bilir ki, onun maşını haradadır. Bunu onun özündən soruşmaq lazımdır”.

 

12:19

“Müğənni Manaf Ağayev işğaldan azad olunan ərazilərə icazəsiz keçdiyi üçün inzibati qaydada həbs olunmuşdu. O, cəzasını çəkib qurtarmasına baxmayaraq, ona məxsus “Mercedes” markalı avtomobil qanunsuz olaraq cərimə meydançasında saxlanılır”.

Bu barədə vəkil Adəm Məmmədov sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, maşını sahibinə qaytarmaqdan imtina edirlər:

“Manaf Ağayev də qorxusundan səsini çıxartmır”.

Qeyd edək ki, M.Ağayev və iş adamı Sənan Hüseynov işğaldan azad edilmiş Füzuli rayonuna icazəsiz səfər etdiyi üçün fevral ayının 18-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs edilmişdi. 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man