Bakıda "Niva" sürücüsünün etdiyi hərəkət görənləri təəccübləndirib. Avtosfer.az xəbər verir ki, görüntü martın 30-da, paytaxtın Gülarə Qədirbəyova küçəsində qeydə alınıb. Belə ki, 99-MZ-098 qeydiyyat nişanlı "Niva" markalı avtomobilin sürücüsü maşından bayıra çıxaraq oynamağa başlayıb, daha sonra dinlədiyi musiqini ətrafdakı insanlara nümayiş etdirmək üçün avtomobilin yük yerini açıb. Görüntüdən də aydın şəkildə görünür ki, avtomobilin yük yerindəki səs gücləndirici ilə musiqi ətrafa yayılıb. Bununla kifayətlənməyən sürücü yük yerini açıq qoyaraq hərəkətinə davam edib.
Fərid
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man