"Kia" şirkəti PBV seqmentinin lideri olmaq istəyir

02 Aprel 2022 | 13:45
OXUNUB: 1034

Kia şirkəti iki vacib xəbəri paylaşıb. Birincisi, Cənubi Koreya şirkəti son 25 ildə ilk dəfə Cənubi Koreyada yeni zavodu inşa edəcək, ikincisi, bir neçə vacib yeni modeli buraxacaqdır.

Yeni müəssisə Hvason şəhərində yerləşəcək və bu zavodda PBV (Purpose-Built Vehicles) sinifindən olan xüsusi elektrik nəqliyyat vasitələri buraxılacaqdır. Söhbət daşıma furqonları, taksi və karşərinq avtomobillərindən gedir.  İlk belə PBV modeli 2025-ci ildə debüt etməli, zavodun özünün inşası isə, 2024-cü ildə başa çatacaqdır. Koreyalıların ambisiyalı məqsədləri var - 202-cu ilə dünya PBV bazarında liderlik etmək. 

Kia xüsusi avtomobillər ailəsinin ilk nümayəndələri Ray MUV furqonu və Niro Plus kompaktveni olacaqlar. Birinci model adi Ray hetçbekinin əsasında hazırlanıb, lakin başlanğıc modeldən əhəmiyyətli fərqlərэ malikdir. Bundan başqa, avtomobildə yalnız sürücü oturacağı saxlanılıb, qalan məkan isə faydalı yük üçün istifadə olunur. Hələlik, benzin versiyası əlçatandır, lakin yaxında elektrik versiyası da işıq üzü görməlidir.

Niro Plus əvvəlcədən “batareyalıdır”. Bu avtomobil əvvəlki nəsil Niro modelinin bazasında inşa edilib və taksi xidməti göstərmək üçün nəzərdə tutulub. Plus versiyası adi modeldən hündür damı və böyüdülmüş arxa qapıları ilə seçilir.

Kia PBV modelləri Canoo və Arival şirkətləri ilə birlikdə hazırlanmış eS skeytbord platformasına əsaslanacaqlar. Koreya KİV-lərinin iddiasına görə, bu səbəbdən PBV modellərinin istehsalı üçün ayrıca zavoda ehtiyac var. Xatırladaq ki, General Motors və Toyota konsernləri də PBV bazarına çıxacaqlarını bildiriblər.

Artıq qeyd etdiyimiz kimi, 2025-ci ildə Kia markasının ilk PBV modeli debüt edəcəkdir. Bu, hündürlüyü 1,8 metr olan və ciddi problemlər olmadan 600 min kilometr qət edəcək elektrokardır. Bundan başqa, nəqliyyat vasitəsinin “hava” üzərindən yeniləcək proqram təminatını və dördüncü səviyyəli avtopilotu alacağı məlumdur.

Bundan sonra, şirkət kiçik bağlama və qida məhsullarının çatdırılması üçün mikrokarı, orta ölçülü robot-taksini və klassik avtobusları əvəvləyəcək “şattlı” buraxmağı planlaşdırır. Koreyalılar hər il 1,5 milyon ədəd belə avtomobil satmaq niyyətindədirlər.

autograph.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man