Aeroport yolunda ağır qəza: bir nəfər öldü - FOTO

Yol qəzaları 02 Aprel 2022 | 10:14
OXUNUB: 3677

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, qəza aeroport şossesində qeydə alınıb.

“Opel” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman eyni istiqamətdə gedən motosikletə çırpılıb.

Zərbənin təsirindən motosikletin sürücüsü bir neçə metr irəliyə düşüb.

Motosiklet sürücüsü, təxminən 25 yaşlı şəxs xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Onun kimliyi Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyənləşdirilir.

Avtomobilin sürücüsü isə izahatı alınması üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb.

Avtomobil və deformasiyaya uğramış motosiklet cərimə meydançasına yerləşdirilib.

 Aeraport yolunda ağır qəza: bir nəfəröldü Aeraport yolunda ağır qəza: bir nəfəröldü Aeraport yolunda ağır qəza: bir nəfəröldü

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man