İranda Novruzdan sonrakı bayram həftəsində baş verən avtomobil qəzalarında ölənlərin sayı 663 nəfərə çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə cümə günü İRİB teleradio yayım korporasiyası məlumat yayıb. Qeyd olunur ki, bu il qurbanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23% azdır. İran təqviminə əsasən, martın 20-nə təsadüf edən isfənd ayının 30-u ilin son günüdür. Bundan sonra ölkədə beş günlük bayram həftəsi başlayır. Eyni zamanda, məktəblər və universitetlər də daxil olmaqla bir sıra qurumlar iki həftə bayram tətili edir. Ənənəvi olaraq, bu zaman yerli sakinlər xaricə və ya ölkə daxilində səyahətə çıxırlar.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man