Ukrayna Rusiyanın 12 təyyarəsinə həbs qoydu

01 Aprel 2022 | 18:15
OXUNUB: 890

Ukrayna Rusiyanın “Volqa-Dnepr” aviaşirkətinə məxsus 12 ədəd “An-124-100” “Ruslan” nəqliyyat təyyarəsinə həbs qoyub.

Kiyevin Svyatoşinski Rayon Məhkəməsi “Antonov” dövlət müəssisəsinin ərizəsi əsasında açılmış cinayət işi çərçivəsində müvafiq qərarı verib.

Artıq qərarın icrası proseduruna başlanılıb.

Yerli hakimiyyət orqanlarının qərarlarına əsasən, “Volqa-Dnepr” aviaşirkətinin üç “An-124-100” “Ruslan” təyyarəsinin Almaniyadan, birinin Kanadadan uçması qadağan edilib.

Həbs qərarı maddi sübutların təhlükəsizliyinin təmin edilməsi və sonradan dəymiş ziyanın ödənilməsi məqsədi ilə verilib.

“Rosaviasiya” qanunsuz olaraq “Volqa-Dnepr” şirkətlər qrupuna daxil olan şirkətə “Ruslan”lara uçuşa yararlılıq sertifikatı vermək hüququnu verib. Əslində, son illər “Volqa-Dnepr” özünə sertifikatlar verir, təyyarələrin təhlükəsiz istismarını təhlükə altına alır ki, bu da beynəlxalq konvensiyaların müddəalarını kobud şəkildə pozur.

oxu.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man