Uzun müddət gedən danışıqlardan sonra Las-Veqas “Formula1” təqviminə qayıdıb.
Avtosfer.az xəbər verir ki, beləliklə “Formula1” təqvimində 3 Amerika yarışı olacaq.
Las-Veqas trası şəhər tipli olacaq və uzunluğu 6.1 kilometrdir. Trasda 14 döngə var və 50 dövrədən ibarət olacaq. Yarışda maksimum sürətin 340 km/saat olması gözlənilir. Yarış isə daha fərqli zamanda – şənbə günü keçiriləcək.
Stefano Domenikali: “Amerikadakı üçüncü yarış idmanımızın böyüməsi üçün vacibdir. Las-Veqas həmişə həyəcanına, qonaqpərvərliyinə görə fərqlənir. Ora dünyanın əyləncə mərkəzidir və gələn il orada olmaq üçün səbirsizlənirik”.
ONN media
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man