Afrika səhralarından Bakıya gələn toz-duman nə qədər davam edəcək? - AÇIQLAMA

Gündəm 01 Aprel 2022 | 14:49
OXUNUB: 552

“Peyk görüntülərinə əsasən, bu gün ölkə ərazisinə cənub-qərb istiqamətli hava axınları ilə Afrika səhralarından toz kütlələri daxil olub”.

Avtosfer.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, hazırda Bakı şəhərində tozun miqdarının normadan 10 faiz çox olduğu müəyyən edilib:

“Lakin aprelin 2-3-də tozun konsentrasiyası daha da artacaq. Toz dumanının qısa müddətdə davam edəcəyi və orta çirklənmə səviyyəsinin müşahidə olunacağı gözlənilir”.

Xidmət rəsmisinin sözlərinə görə, toz dumanı ilə bağlı transsərhəd xarakterli çirklənmə qonşu ölkələrdə də müşahidə edilir. Əsasən də Türkiyə ərazisində 31 mart tarixindən başlayaraq tozla əlaqədar yüksək çirklənmə səviyyəsi izlənilir:

“Sinoptik vəziyyətlə əlaqədar ölkəmizdə yüksək çirklənmə səviyyəsi proqnozlaşdırılmır”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man