Qurban Qurbanovun tarixi jesti ilə bağlı RƏYLƏR: "Qarabağ"ın adına ancaq həqiqət yaraşır!”

25 Fevral 2022 | 12:49
OXUNUB: 859
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Bakıda Fransa "Marsel"inə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda etdiyi feyr-pley jesti müzakirə obyektinə çevrilib. Bir qism onun bu addımını qınasa da, digərləri dəstək olub.

Sfera.az-ın məlumatına görə, bununla bağlı idman eksperti Sənan Şəfizadə Qurban Qurbanovun addımını doğru hesab etdiyini bildirib:

"Bir qol hər zaman qələbə gətirmir. Amma bəzən bir qərar bütün dünyanın hörmətini qazanır. Təkrara baxanda onsuz real vəziyyət aşkar görünür. Yalan deyil, Qurban bəy həqiqəti söyləməyi tələb etdi. Ədaləti seçdi. "Qarabağ"ın adına ancaq həqiqət yaraşır!”.

Millət vəkili Fazil Mustafa isə "Qarabağ”ın oyunda uduzduğunu, lakin Qurban Qurbanovun ədaləti udduğunu vurğulayıb:

""Qarabağ" yenə də sonadək tökülmədən oynadı. İndi fikrimcə, texniki qabiliyyəti olanlar "Bazel"lə oyunda qapıdan keçən qol verilməyəndə Avropa klubunun məşqçisinin davranışı ilə əllə vurulan qolun verilməsindən sonra etiraf edilməsini təkid edən və qolu ləğv etdirən azərbaycanlı məşqiçinin müqayisəli davranışını videosüjetdə ingiliscə anlatmaq yerində olardı. Belə məsələni hökmən təbliğ etmək lazımdır. Oyundan daha önəmli ədaləti qazanmaqdır”.

"Rekord.az" saytının baş redaktoru Kənan Məstəliyev qeyd edib ki, Qurban Qurbanov Avropaya, onun ikili standartlarına tarixi zərbəni vurdu:

"Artıq futbol, qələbə və ya məğlubiyyət, turun keçilib-keçilməməsi ikinci plandadı. "Marsel" kimi rəqiblə oyunu "çevirmək" şansını nahaqqa qurban vermədi Qurbanov. Bu addımı təsvir edəcək, deyiləcək söz yoxdur. Artıq məşqçimiz başda olmaqla,  "Qarabağ" bu qarşılaşmanın da, turun da, mövsümün də qalibidir”.

 
Günay Rəsulqızı
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man