Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə martın 31-də saat 22 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini A.İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Etibar Sadıqovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man