Avtomobil Yolları Dövlət Agentliyi Qarabağla bağlı yeni layihəyə start verib - FOTO

Yeniliklər 01 Aprel 2022 | 13:38
OXUNUB: 1113

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) işğaldan azad edilmiş ərazilərə doğru istiqaməti və məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması ilə bağlı növbəti layihəyə start verib. Avtosfer.az quruma istinadən xəbər verir ki, hazırda ölkənin bütün giriş qapılarından başlayan yollara Şuşa şəhərinə qədər məsafəni bildirən məlumatverici lövhələr quraşdırılır.

Məqsəd Azərbaycana gələnlərə işğaldan azad edilmiş əraziləri tanıtmaqdır.

Məlumatverici lövhələr ilkin mərhələdə Bakı–Quba–Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Samur, Bakı-Ələt- Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qırmızı körpü və Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun Astara sərhəd keçid məntəqələri hissəsində olan magistral avtomobil yollarında quraşdırılıb.

Növbəti mərhələdə anoloji məlumatverici lövhələrin Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi avtomobil yolunun Ağbənd, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Mazımçay, Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun Biləsuvar, Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Yalama, Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Sadıxlı sərhəd keçid məntəqələri, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı hissəsində olan avtomobil yollarına quraşdırılması nəzərdə tutulur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man