Meksikanın paytaxtı Mexikoda avtobus yol kənarındakı ödəniş məntəqəsinin hasarına çırpılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Qırmızı Xaç Cəmiyyətinin Meksika ştatındakı nümayəndəliyi tviterdə məlumat yayıb.
Qəza paytaxtı Paçuka şəhəri ilə birləşdirən avtomobil yolunda baş verib.
Hadisə nəticəsində azı 34 nəfər xəsarət alıb. Onlardan 12-nin vəziyyəti ağırdır. İlkin məlumata görə, qəzaya avtobusun əyləc sisteminin nasazlığı səbəb olub.
Qeyd edilir ki, avtobusun sürücüsü həbs edilib.
"Report"
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man