Maşında tibbi çantanın olması NƏ ÜÇÜN VACİBDİR? - EKSPERT DANIŞDI

Yazarlar 01 Aprel 2022 | 10:00
OXUNUB: 791

“Avtomobillərdə tibbi çantanın olması ilk tibbi yardım üçün zəruridir. Bu qanunvericiliklə tənzimlənən bir məsələdir”.

Avtosfer.az xəbər verir ki, bu sözləri yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, düşünürəm ki, bütün sürücülər bu prosesə diqqət etməlidirlər: “Vaxtında tibbi çantanın içərisindəki tibbi ləvazimatarı yoxlamaq lazımdır. Çünki Səhiyyə Nazirliyi ilə birlikdə müəyyən ixtisarlar edilib və orada çox az miqdarda dərman və dərman preparatları var. Onlar yol-nəqliyyat hadisəsi zamanı sürücünün və xəsarət alan digər şəxsin həyatı üçün önəmlidir. Ümumiyyətlə bu tibb çantasının avtomobildə olması bir yana sürücülərin, sərnişinlərin və digər hərəkət iştirakçılarının bu çantadakı ləvazimatlardan istifadə qaydalarının təbliğatına böyük ehtiyacı var. Düşünürəm ki, bu istiqamətdə zəruri addımlar atılmalıdır. KİV və sosial şəbəkələr vasitəsilə təbliğat aparmaq lazımdır. İnsanlar bu çantanın faydasını və istifadə etməyi də öyrənsinlər. Bundan sonra hər kəs tibbi çantaların faydalarını görəcək. Çünki bəzən bu cür tibbi çantalar hadisə zamanı can qurtarmağa kömək edə bilər. Düzdür, bəzən ağır qəzalar baş verir ki, bu zaman o tibbi çantaların da bir köməyi olmur. Amma elə qəzalar var ki, bu tibbi çantaların böyük əhəmiyyəti ola bilər. Kiçik xətalardan insan ölə və ya ömürlük şikəst qala bilər. Buna görə bu tibb çantalarının avtomobildə olmasını təmin etmək lazımdır. Eyni zamanda istifadə qaydalarının öyrənilməsinin təmin edilməsi vacibdir”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man