1959 nəfər şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Gündəm 31 Mart 2022 | 18:30
OXUNUB: 974

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu” çərçivəsində şəhid ailəsi üzvlərinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı işləri davam edir. Marafona qoşulan işəgötürənlərin sayı artıq 627-yə çatıb.

Bu barədə Avtosfer.az-a nazirlikdən xəbər verilib. Bildirilib ki, həmin işəgötürənlərdən 332-si dövlət, 295-i isə özəl sektora aiddir. İşəgötürənlər tərəfindən marafona təqdim edilən vakansiyaların sayı isə 4363-ə çatıb. Təqdim edilən vakansiyalar üzrə artıq 1959 nəfər işlə təmin edilib. Onlardan 1599 nəfəri qazi, 360 nəfəri isə şəhid ailəsi üzvüdür. Marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını //dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər. Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün //dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man