Bakı-Quba yolunun keçilməz olduğu artıq heç kimə sirr deyil. Bu mövzuda sosial şəbəkələrdə müxtəlif ironik videolar yayılmaqda davam edir.
Avtosfer.az xəbər verir ki, növbəti görüntüdə “Ford Transit” markalı avtomobilin sürücüsünün kreativ ideyası yer alıb. Yol o qədər bərbad haldadır ki, məcburiyyət qarşısında qalan sürücü maşının arxa şüşəsində digər sürücülərə xəbərdarlıq yazıb: “Miqat eləmə! Yol xarabdı! Lazım olan yerdə yol verəcəm”.
Sağ zolaqla hərəkətin mümkünsüzlüyü sürücüləri solla sürməyə vadar edir. Bu səbəbdən də mübahisələr yaranır.
Bu məsələnin aidiyyatı qurumlar tərəfindən tezliklə həll yolunu tapacağına ümid edirik. Qarşıdan gələn yay aylarını nəzərə alsaq, Bakı-Quba yolunda hərəkət edəcək nəqliyyat vasitələrinin sayı artacaq. Sıradan çıxmış yol sürücülərin həm ciblərinə, həm də əsəblərinə ziyan vuracaq. Qəzalar da qaçılmazdır.
Nərminə Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man