Elton Conun təyyarəsində nasazlıq yarandı: Göyüzündə qorxu dolu anlar - FOTO

24 Fevral 2022 | 15:54
OXUNUB: 1102
Britaniyalı müğənni-bəstəkar Elton Con qəza keçirib.

Sfera.az bildirir ki, ifaçı Nyu Yorkdakı "Madison Square Garden”da keçirilməsi planlaşdırılan konsertinə getmək üçün şəxsi təyyarəsi ilə uçmaq qərarına gəlib. Təyyarə İngiltərənin cənub-şərqindəki Hempşir şəhərindən problemsiz havaya qalxıb. Lakin İrlandiya sahillərinə çatmazdan əvvəl onun hidravlik sistemində nasazlıq yaranmağa başlayıb.

Hava hərəkətinə nəzarət qruplarına bununla bağlı məlumat verən pilot, hələ də yolda olduqları üçün ən yaxşı çıxış yolunun Hempşirə qayıtmaq olduğuna qərar verib. Ardınca Fövqəladə Hallar Nazirliyinin əməkdaşları uçuş-enmə zolağının boşaldılması ilə əlaqədar əraziyə təcili tibbi yardım və polis qrupları göndərib. Lakin gözlənilməz hava şəraiti səbəbindən təyyarənin təcili enişi asan olmayıb. Təyyarə hava limanına qayıdan zaman Hempşir güclü fırtınanın təsiri altında olub.

Hadisə şahidlərinin sözlərinə görə, fırtınada uçurulan təyyarə iki dəfə yerə enməyə cəhd edib. Təslim olmayan pilotun üçüncü və son cəhdi ilə təkərlər yerə toxuna bilib. Hadisəyə görə, 74 yaşlı Elton Conun sarsıldığı bildirilib. Buna baxmayaraq, ifaçı konsert verməkdən imtina etməyib. Qeyd olunub ki, Eltonun inadkar davranışının səbəbi bunun vəda turu çərçivəsində verəcəyi son konsertlərdən biri olmasıdır.

Xatırladaq ki, müğənni 2023-cü ildən etibarən kariyerasında canlı performansları yekunlaşdıracağını açıqlamışdı.
 

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man