Astarada minik və yük avtomobilləri toqquşub, ölən və yaralanan var.
Avtosfer.az-ın verdiyi xəbərə görə hadisə ötən gecə rayonun Təngərüd kəndi ərazisində baş verib.
Astara şəhər sakini 1986-cı il təvəllüdlü Astara şəhər sakini 1986-cı il təvəllüdlü Ramazanov Ramil Faiq oğlunun idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil “QAZ 66” markalı avtomobillə toqquşub.
Nəticədə minik avtomobilində sərnişin olan 1985-ci il təvəllüdlü Astara şəhəri S.Vurğun küçəsində yaşayan Bəşirov Rahim Orucqulu oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə təcili yardım xidmətinin köməyi ilə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Dostların toydan gələrkən qəzaya düşdükləri bildirilir.
Meyid müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
“Report”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man